İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunakın sərvəti başına bəla ola bilər

Böyük Britaniya tarixinin ən maraqlı məqamlarından biri də hind əsilli Rişi Sunakın ölkə rəhbərliyinə gətirilməsi ilə bağlıdır.

42 yaşlı keçmiş maliyyə nazirinin sərvəti 730 milyon funt sterlinqə (847 milyon dollar) çatır.

Musavat.com xəbər verir ki, Rişi Sunak “Downing Street 10” (Britaniya baş nazirinin iqamətgahı) ünvanında yaşayan ən varlı adamdır.

Onun və həyat yoldaşı Akşata Murtinin sərvəti hətta Kral III Çarlzın varidatından da çoxdur. “Sunday Times” qəzetinin informasiyasına görə, kraliça II Elizabetin ölümündən əvvəl sərvəti təxminən 440 milyon dollar qiymətləndirilirdi.

Rişi Sunakın sərvəti onu sərt tənqidlərə məruz qoyub. Ölkənin çətin iqtisadi vəziyyəti nəzərə alındıqda dövlətli olmaq onun baş nazir kimi işini daha da çətinləşdirir.

Rişi Sunakın vergi siyasəti və xərcləri azaltmaqla bağlı atacağı addımlar onun partiyasının nüfuzunu seçicilərin gözündə daha da azalda bilər. Britaniya mediasının yazdığına görə, az gəlirli insanlara zərər verəcək istənilən proqramın tətbiqinə onun kim tərəfindən qəbul olunması prizmasından baxılacaq. Bu isə 730 milyon funt sterlinqə malik Rişi Sunakdır.

Keçmiş maliyyə nazirinin Yorkşirdə 19-cu əsrə aid II dərəcəli tarixi abidə kimi siyahıya alınmış malikanəsi və Londonda milyonlarla dollarlıq evi var.

Artan elektrik qiymətləri fonunda minlərlə ailənin ərzaq banklarına müraciət etdiyi bir vaxtda Rişi Sunakın təkcə hovuzunu qızdırmaq üçün illik 13 000 funt sterlinq alması onun yadına salınacaq.

Baş nazirin həyat yoldaşının Britaniyada daimi yaşayış statusunun olmaması ona bu ölkədə təxminən 11,5 milyon funt sterlinq vergisiz dividendlər almağa imkan verir. Elə bunun özü müxalifət üçün əsl “yem” sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR