İnsanlara hürriyət, millətlərə istiqlal!

Reznikov: Ukrayna Niderlanddan mina əleyhinə gəmilər alacaq

Ukrayna tezliklə Niderlanddan mina əleyhinə gəmilər alacaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Rada” telekanalının efirində bildirib.

“Bizim hətta mina əleyhinə gəmilərimiz var. İki mina əleyhinə gəmi Böyük Britaniyada Ukrayna bayraqları altında və Ukrayna ekipajları ilə birlikdədir. Həmçinin tezliklə biz Niderland hökumətindən də alacağıq”, - qurumun rəhbəri vurğulayıb.

Qeyd edək ki, iyulun 5-də Hollandiyanın müdafiə naziri Kaisa Ollenqren ölkəsinin Ukraynaya ümumi məbləği 1,9 milyard avro olan hərbi yardım etdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR