İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlər həddi aşdı: “Dəmir yumruq” - 2 xəbərdarlığı

Daşnaklar yenə terror dilində danışır, Bakıdan sərt mesajlar verildi; belə bir faşist toplumla sülh mümkündürmü?

“Biz Türkiyə rəsmilərinə açıq mesaj veririk, mübarizəmiz zəifləməyəcək, məqsədimizə çatacağıq, çünki həyatımızın mənası budur”. “Yeni Müsavat” bildirir ki, bu sözləri İrəvanda qondarma “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı mitinqdə çıxışında “Daşnaksütyun”un Gənclər Birliyinin mərkəzi idarə heyətinin nümayəndəsi Jora Avdalyan deyib.

“Türkiyə gənclərinə səslənirik, əgər siz öz hakimiyyətinizi soyqırımı tanımağa məcbur etməsəniz, siz də buna görə məsuliyyət daşıyacaqsınız. Əmin olun, erməni gəncləri arasında yenə də Soqomon Teyleryan (Tələt Paşanı Berlində qətlə yetirən erməni terrorçu - red.) və Arşavir Şirakyan (Səid Hilmi Paşanı Romada qətlə yetirən erməni terrorçu - red.) olacaq. Biz həm soyqırımın, həm də ”artsax"ın ədalətli qisasını alana qədər erməni qisasçılarının ordusu artacaq. Biz erməni gənclərinə səslənirik: vur, daha çox vur, vur ki, düşmən sənin nəfəsini hiss etsin, vur ki, düşməni sevindirənlər titrəsinlər... Biz gənclər məğlubiyyət səhifəsini çevirəcəyik, yenidən ayağa qalxıb qalib gələcəyik, millətimizə, dövlətimizə layiqli gələcək quracağıq və bu gələcəyə çatmağın bir yolu var... MÜBARİZƏ, MÜBARİZƏ, MÜBARİZƏ... Döyüş, döyüş", - deyə vəhşi qəbilənin başı qaçmış revanşist gənci sərsəmləyib.

Kimə qalib gələcəklər, haranı işğal edəcəklər? Başlarına gələnlər dərs olmadı?..

Növbəti “dəmir qapaz” üçün darıxan belə bir irqçi faşist toplumla sülh mümkündürmü? Hərçənd baş nazir Nikol Paşinyan hökuməti bayraqla bağlı vandalizmə mane olmasa da, olayı pisləyib.

İstənilən halda Ermənistan “Dəmir yumruq”-2-ni haqq etmirmi? Prezident İlham Əliyevin dediyi kimi, kapitulyant ölkədə erməni faşizmini ya Paşinyan hökuməti aradan qaldıracaq, ya da bunu Azərbaycan edəcək.

Bakıda da Ermənistan bayrağı yandırıla bilərmi?

Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub - FOTO

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, insanları idarə edən, yönləndirən onların malik olduqları düşüncələr, ideologiyalardır: “Ermənilər də hazırda böyük yalanlar üzərində qurulan xülyalarla yaşayırlar. Reallıq hissindən məhrumdurlar. Belə görünür ki, bütün xalqlardan fərqli xüsusiyyətlərə malikdirlər və bu ermənilik xəstəliyi adlandırılır. Dünya faşizmə nifrət edib, sülh və barışı müdafiə etdiyi halda ermənilər terrorizmi, sui-qəsdi, bölücü ideyaları dəstəkləyir və həm də bunun gündəmdən çıxmasına imkan vermirlər. Bir xalq ki, cinayətkarı, xaini, terrorçunu özünün qəhrəmanı hesab edir, onun hansı yaxşı gələcəyindən danışmaq olar! Onların ən yaxşı ”mübarizə"si, “döyüşü” köhnəlmis, kiflənmiş təfəkkürlərinə qarşı yönəlməlidir. Onu məğlub edə bilsələr ən böyük uğuru qazana bilərlər. Erməni gəncləri bu cağırışları ilə olduqca qorxaq olduqlarını ortaya qoyurlar. Əvvəla, 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər, niyə doyüş meydanına çıxmadılar? İkincisi, dedikləri qorxaqlıqlarından doğur. Etmək qüdrətinə malik olanlar danışmırlar, göstərirlər. Necə ki, Azərbaycan numayiş etdirdi".

M.Rəhimli qeyd etdi ki, daşnaklar heç zaman ermənilərə zərrə qədər də olsa xoşbəxtlik gətirməyib: “Hər dəfə başladıqları silahlı basqınlar sonda erməni gənclərinin məhvi ilə nəticələnib. Bu çağırişlar da ora doğru aparır. Paşinyan hökuməti də mövqeyini birmənalı şəkildə ifadə etməlidir. Paşinyan bu cür tör-töküntüləri meydandan yığışdırmalıdır. Öz aləmində diplomatik manevr edib daşnakların bu hərəkətini pisləməklə hədəfdən yayına bilməz. Əgər ölkə daxilində terror cağırışlarının, hədəflərin kökünü kəsə bilmirsə, sülh müqaviləsi etibarsız bir sənəd olacaq. Və buna da bizim ehtiyacımız yoxdur. O zaman Azərbaycan Respublikası başından böyük danışanların dərsini verə bilər. Görünür, daşnaklar yeni bir yumruq görməsələr ağıllanmayacaqlar.

Bayraq yandırmaq çarəsizlik əlamətidir. Bunu hər kəs edə bilər. Ancaq əsas məsələ odur ki, düşməni məğlub edib bayrağını ayaq altına salıb tapdayasan. Bax, qəhrəmanlıq budur".

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanda qondarma erməni soyqırımının “110-cu il dönümü”ndə daşnaklar və revanşistlər bir araya gələrək, yenidən Türkiyə və Azərbaycandan qisas almağa söz verdilər: “Daşnaksütyun partiyasının ideologiyası Türkiyə və Azərbaycana qarşı düşmənçilik üzərində qurulub. Bu, onların dəyişməz siyasəti olaraq qalacaq. Erməni cəmiyyətində revanşistlərin bu çıxışları, Azərbaycan və Türkiyə bayraqlarını yandırması faşizmdir. Ermənistan hakimiyyəti guya Türkiyə ilə münasibətləri normallaşdirmağa çalışır. Hakimiyyət hazırkı revanşistlərə dəstək vermədiyini bəyan edir. Hazırda Ermənistan siyasi sferası hakimiyyət istisna olmaqla hamısı revanşist əhval ruhiyyədədir.

Bu toplumla sülh müqaviləsi bağlamaq olduqca çətindir. Erməni xalqı müharibə istəməyərək Nikol Paşinyanı hakimiyyətdə saxlayır. Sabah Nikol Paşinyan revanşistlərin əli ilə devrilə bilər. Revanşistlər hakimiyyətə gələrsə, onda müharibə qaçılmaz görünür. Belə bir ölkənin silahlanması bütün region üçün təhlükəlidir. Nikol Paşinyan daim hakimiyyətdə olmayacaq. Daşnaklar və revanşistlər isə bizə düşmənçilik siyasətlərindən əl çəkməyəcəklər. Onların qanına türklərə düşmənçilik yeridilib. Daşnak gəncin həmin bəyanatları əslində özlərinin nə qədər faşist olduqlarının nümayişidir. Dünya bunun fərqində olmalıdır. Bu cür düşüncədə olan toplum əslində bütün dünya üçün təhlükəlidir". 

Ekspert qeyd etdi ki, Bakıda erməni bayrağının yandırılmasına ehtiyac yoxdur: “Azərbaycan xalqı sülhpərvərdir. Sadəcə, erməni faşizmi baş qaldırsa və yenidən bizə qarşı müharibəyə başlasa bu dəfə onların dövlətçiliyini ləğv etmək lazımdır. Azərbaycan Ermənistana sülh müqaviləsi bağlamaq üçün silahlanmaya getməməlidir şərtini irəli sürməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR