Onlayn ictimai-siyasi qəzet
Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ