İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Ovannisyan: Müharibəni dayandırmayan hökumət sülh gətirə bilərmi?  

İranın keçmiş xarici işlər naziri Zərifin yeni xatirələri Ermənistanda daxili ab-havanı dəyişmək üçün böyük potensiala malikdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq, revanşist fikirləri ilə tanınan Vahe Ovannisyan yazıb.

Onun sözlərinə görə, Cavad Zərif  burada Tehranın müharibəni Ermənistan üçün daha əlverişli mərhələdə dayandırmağı təklif etdiyini yazıbmış:

“Belə çıxır ki, müharibə zamanı Paşinyan iqtidarı minlərlə itki, yaralı və ərazi itkisi kimi yükü öz üzərinə götürərək müharibəni dayandırmaq imkanından bir neçə dəfə imtina edib. Bu tezis Ermənistanda istənilən siyasi qüvvə və şəxsin seçimində əsas məqama çevrilir. Belə informasiyalarla siyasi və adi həyatı sakitcə davam etdirmək mümkün deyil.

Bu, Ermənistan üçün milli gündəmin əsas suallarından biri olmalıdır: niyə müharibəyə son qoymaq təklifləri rədd edildi?

Bundan daha vacib sual ortaya çıxır: müharibəni dayandırmayan hökumət sülh gətirə bilərmi?”,-deyə Ovannisyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR