İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist deputatdan Araikə ŞOK SÖZLƏR

“Ermənistan hakimiyyətində olan müxtəlif şəxslər parlament tribunasından israrla Qarabağın gələcəyinin Azərbaycanda olduğunu söyləyir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müxalif deputatı, revanşist siyasətçi Tiqran Abramyan öz feysbuk hesabında yazıb. 

Erməni deputatın sözlərinə görə, bu adamlar indi türklərlə “qardaşlığın” zəruriliyindən danışırlar.

“İndi də həmin türklər bu “qardaşlığı” necə təsəvvür etdiklərini açıq şəkildə göstərirlər. Təbii ki, Paşinyan hakimiyyətini Qarabağ ermənilərinin taleyi maraqlandırmır. Əsas odur ki, öz ciblərini doldursunlar. Qarabağ ermənilərinin təslim olmasını təşviq edən eyni vasitəçi ölkələr də bundan razıdırlar”, - deyə Tiqran Abramyan qeyd edib.

Abramyan özünü separatçıların rəhbəri elan edən Araik Arutyunyanı da tənqid edib. Onun fikrincə, Arutyunyan Qarabağ ermənilərini yazıq kimi göstərməkdənsə, böhranı idarə etməyi bacarmalıdır.

“Qarabağ erməniləri üçün vəziyyət ağırlaşır. Beynəlxalq ictimaiyyətə emosional mesajlar verilməlidir, lakin bunu başqa cür etmək lazımdır”, - Tiqran Abramyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR