İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Abramyan: Paşinyan özünə haqq qazandırmaqla məşğuldur

“Azərbaycan və Türkiyənin müdafiə nazirliklərinin nümayəndələrinin intensiv qarşılıqlı səfərlərinin müxtəlif motivləri var. Amma ilk növbədə, bunlar Azərbaycan ordusunda aparılan islahatlar çərçivəsində baş verir”.

Musavat.com erməni  mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı, revanşist  Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Azərbaycan gələn il tamamilə NATO standartlarına əsaslanan Türkiyə ordusunu modelləşdirən beş illik modernləşdirmə planını tamamlayacaq. Proqram çərçivəsində həm Türkiyədə, həm də Azərbaycanda silah və hərbi texnikanın, o cümlədən xüsusi hazırlıq kursları keçmiş şəxsi heyətin tələblərə uyğunlaşdırılması prosesi həyata keçirilib. Ermənistan hakimiyyətinin özünə haqq qazandırdığı və vədlər verdiyi bir zamanda, Azərbaycan ordusunda genişmiqyaslı islahat prosesi gedir”,-deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR