İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçıların içində Donald Trampa yeni rəqib çıxdı- Ron DeSantis 

 

ABŞ-də Konqres seçkilərinin nəticələrini Respublikaçılar partiyası üçün məyusedici saymaq olar. Onlar Nümayəndələr palatasında əzici çoxluq əldə etmədilər, üstəlik Senat seçkilərsində demokratlara uduzdular.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ana müxalifət indi ümidlərini Florida ştatının qubernatoru Ron Desantisə bağlayıb.

2018-ci ildə keçirilən seçkilərdə demokrat rəqibi Endryu Gilluma cəmi 0,4% üstünlüklə qalib gələn Desantis, son seçkilərdə 59,4% kimi parlaq qələbə qazanıb. Üstəlik, 20 il sonra ispandilli əhalinin yaşadığı Mayami-Deyd qraflığında qalib gələn ilk respublikaçı siyasətçi olub.

Yerli media  Trampın 2024-cü ildə prezidentliyə yenidən namizədliyini irəli sürəcəyi təqdirdə Respublikaçıların praymerizində De Santislə üz-üzə gələcəyindən əminliklə yazır. Hətta ara seçkilərdən əvvəl “Data for Progress” analitik mərkəzinin Floridada keçirdiyi sorğuda DeSantis 44% səslə Trampı bir qədər (42%) qabaqlayıb.

Florida tarixən prezident seçkilərində mühüm ştatlardan biri sayılsa da, 2024-cü ildə Respublikaçı namizədin zəfəri daha çox Ayova və Nyu-Hempşirdəki elektoratdan asılı olacaq.

Sabiq prezident artıq qısqanclığını gizlətmir. Noyabrın 10-da Tramp bəyanat yayaraq DeSantisi “ortabab” siyasətçi adlandırıb. Keçmiş dövlət başçısının sözlərinə görə, əgər o, 2017-ci ildə DeSantisin köməyinə çatmasaydı, sonuncunun qubernator seçilməsi mümkün olmazdı.Tramp DeSantisi “oyun oynamaqda” günahlandırıb və sonda onu namizəd olmaması üçün təhdid edib. Əksər respublikaçılar bununla razılaşmır. 2020-ci ildə Trampı dəstəkləyən mühafizəkar “The New York Post” qəzeti DeSantisi “gələcək prezident” (DeFuture)  adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR