İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı Mitt Romni partiyadaşı Trampı “demaqoq”luqda qınadı

Keçmiş prezidentliyə namizəd (2012), Yuta ştatından senator Mitt Romni gələn il ikinci müddətə namizəd olmayacağını bildirib.

Musavat.com “Qardian” qəzetinin saytına istinadən xəbər verir ki, respublikaçı senator Mitt Romni “Washington Post” qəzetinə verdiyi müsahibədə üzvü olduğu partiyanın populist və demaqoq mesajlara meylli olduğunu bildirib və təqaüdə çıxdığını elan edib.

O, “populst və demaqiq mesajlar” dedikdə partiyadaşı Donald Trampın çıxışlarını nəzərdə tutur.

Romni 2012-ci il prezident seçkilərində Barak Obamaya uduzub və 2018-ci ildə Konqresə daxil olub. Bundan əvvəl o, 2003-2007-ci illərdə Massaçusets qubernatoru olub.

76 yaşlı Romni bir çox ABŞ siyasətçilərinin qocalıq yaşının daha çox araşdırılması fonunda bildirib ki, yeni nəslin yaşayacağı dünyanı formalaşdırmağın vaxtıdır.

Romni deyib ki, Bayden mühüm məsələlərdə liderlik edə bilmir, Tramp isə mühüm məsələlərdə rəhbərlik etmək istəmir.

Romni 2016-cı ildə Trampın namizədliyinə qarşı çıxıb və Trampın prezident seçilərək Ağ Evə yerləşməsindən sonra da onu tənqid edən nadir respublikaçılardan olub.

Senator deyib ki, o, 2024-cü il seçkisində Trampdan başqa istənilən respublikaçı namizədə kömək etməyə açıq olacaq.

Tramp 91 cinayət ittihamı ilə üzləşməsinə baxmayaraq, yenə də 2024-cü il namizədlik yarışında respublikaçı namizədlərin arasında böyük fərqlə öndədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR