İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edib - FOTO

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba şəhərində vətəndaşlarla görüşüb.

Musavat.com nazirliyə istinadən xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR