Onlayn ictimai-siyasi qəzet
“Rusiya, Avropadan fərqli olaraq, hər zaman müqavilələr üzrə öhdəliklərini yerinə yetirir və qaz tədarükünü dayandırmaqla “öz ayağına atəş açmayacaq”.
Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sky News Arabia telekanalına müsahibəsində deyib.
O, Rusiyanın niyə Avropaya qaz ixracını tamamilə dayandırmadığına dair sualı cavablandırarkən deyib: “Biz mədəni insanlarıq. Biz Avropa ilə uzunmüddətli müqavilələr bağlamışıq. Biz həmişə Avropa və ABŞ-dan fərqli olaraq öz öhdəliklərimizi yerinə yetiririk. İndi Avropa öz əsas ehtiyaclarını, o cümlədən Amerika qazı ilə təmin edir. Lakin kimsə bizdən qaz almaq istəsə, biz razılaşmaları heç vaxt pozmuruq. Biz qonşuyuq. “Şimal axını”nın boru xətləri partladılıb, lakin digər boru kəməri sistemi qorunub saxlanılıb, o cümlədən Ukraynadan, Türkiyə ərazisindən keçməklə. Bu, hər iki tərəf üçün faydalıdırsa, niyə öz ayağımıza güllə vurmalıyıq? Qoy bunu “gözəl Avropa” özü etsin”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ