İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkir şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü küçə ərazisində qeydə alınıb.

"VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü T.Abidi, 2002-ci il təvəllüdlü C.Namazov və 2003-cü il təvəllüdlü B.Əliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR