Onlayn ictimai-siyasi qəzet
"Brüssel Gürcüstan hakimiyyətinin hərəkətlərinin qeyri-demokratik trayektoriyası davam edərsə, Gürcüstanla vizasız rejimin dayandırılmasının mümkünlüyünü istisna etmir".
Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Xerçinski deyib.
"Son aylarda Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında məsafə getdikcə artmaqdadır", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, vəziyyət daha da pisləşərsə, Brüssel müxtəlif təsir alətlərindən istifadə etməyə hazırdır. Xerçinski xəbərdarlıq edib ki, vizasız rejimin müvəqqəti dayandırılması belə alətlərdən biridir.
Aİ səfiri aydınlıq gətirib ki, Aİ oktyabrın 26-da keçiriləcək parlament seçkisinə hazırlığı diqqətlə izləyir və bu seçkinin ədalətli və azad olacağına ümid edir. Əks halda, Aİ seçkidən dərhal sonra Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıracaq.
Xatırladaq ki, Gürcüstan vətəndaşları 2017-ci ilin yazından Şengen ölkələrinə vizasız gediş-gəliş hüququndan istifadə edirlər. O vaxtdan bəri 250-300 min Gürcüstan vətəndaşı vizasız rejimdən istifadə edərək Avropaya gedib və orada iş tapıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ