Onlayn ictimai-siyasi qəzet
Portuqaliyada genişmiqyaslı meşə yanğınları nəticəsində 5 nəfər ölüb, 161 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Yanğın ölkənin şimalındakı Porto və Aveyro şəhərləri arasında 10 min hektar ərazini əhatə edib.
Yanğınlar səbəbindən ölkədə bir çox yollar, xüsusən də Lissabon və Porto arasındakı əsas yol bağlanıb, onlarla ev yanıb.
Sentyabrın 20-də ölkədə matəm elan edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ