Onlayn ictimai-siyasi qəzet
"İranın keçmiş prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı heç bir fərziyyə sübut olunmayıb".
Musavat.com xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya Mərkəzi bəyanat yayıb.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Bildirilir ki, İbrahim Rəisinin və onu müşayiət edən hökumət rəsmilərinin həlak olmasının səbəbi ilə bağlı hər hansı şübhənin ortaya atılması qəbuledilməzdir.
"Məsuliyyətsiz şərhlər məlumatsızlıqdan, ya da konkret məqsəd və qərəzdən irəli gəlir. Helikopterin qəzaya uğramasına səbəb sırf bölgədə mürəkkəb hava və coğrafi şərait olub. Fərziyyələrin heç biri, o cümlədən texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış, elektron müharibə və s. versiyalar sübuta yetirilməyib", - deyə İran SQ-nin Baş Qərargahından vurğulanıb.
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ