İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomat saxlanıldı: azərbaycanlı sevgilisinə məlumatlar ötürürmüş

Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın dövlətə xəyanətdə ittiham olunduğu cinayət işi məhkəməyə göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, iş üzrə ilkin istintaq artıq yekunlaşıb.

Arakelyan iyun ayında İrəvanın “Zvartnots” hava limanında saxlanılıb. Hadisə barədə ictimaiyyət yalnız avqustun sonunda məlumatlandırılıb.

İstintaq materiallarına əsasən, Ermənistan XİN əməkdaşı Azərbaycan vətəndaşına mühüm məlumatlar ötürüb. Qeyd edilir ki, Arakelyan həmin şəxs ilə romantik münasibətdə olub.

Hazırda cinayət işi məhkəmənin baxışına təqdim edilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR