Onlayn ictimai-siyasi qəzet
“The Telegraph” yazır ki, ABŞ hökumətinin fəaliyyətinin müvəqqəti dayandırılması Kiyev və Vaşinqton arasında silah tədarükü və dron texnologiyaları sahəsində əməkdaşlıq üzrə danışıqları pozub.
Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, görüşlərin ləğvi Pentaqon və Dövlət Departamentində çalışan yüz minlərlə federal işçinin ödənişsiz məzuniyyətə göndərilməsi ilə bağlıdır.
Kiyev isə gecikmələrin gələcək layihələrə, xüsusilə dron texnologiyalarının mübadiləsi üzrə genişmiqyaslı müqavilələrə də təsir edə biləcəyindən narahatdır.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ni BMT Baş Assambleyasında “Tomaqavk” qanadlı raketləri verməyə çağırmış, Ağ Ev isə bu təşəbbüsü nəzərdən keçirdiyini açıqlamışdı.
Ukraynanın humanitar təşkilatları xəbərdarlıq edir ki, danışıqların pozulması Rusiya hücumlarının güclənməsi fonunda ölkənin müdafiə qabiliyyətini zəiflədə bilər.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ