Onlayn ictimai-siyasi qəzet
“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranması barədə xəbər vermişdik.
Musavat.com xəbər verir ki, MMC-nin bu ilin əvvəlində vergiyə olan borcu 100 min manata yaxın idi. MMC vergiyə olan borcunu tam olaraq ödəyib.
Xatırladaq ki, Nizamnamə kapitalı 250 manat olan MMC-nin qanuni təmsilçisi Aqil Mirzəyevdir.
Qeyd edək ki, MMC bir neçə dəfə də vergi hesabatını vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.
Bildirək ki, Bakının məşhur klinikalarından olan "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.
MMC-nin Bakı şəhərində 16, bölgələrdə isə 14 filialı var.
İ.Muradov
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ