İnsanlara hürriyət, millətlərə istiqlal!

“Red Bull” şirkətinin qurucusu vəfat etdi

“Red Bull” şirkətinin qurucusu, avstriyalı biznesmen Ditrix Mateşis 79 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, Red Bull-un verdiyi açıqlamada Avstriyanın ən zəngin iş adamı sayılan Mateşitzin dünyasını dəyişdiyi açıqlanıb.

Məlumatda qeyd olunur ki, Mateşis səhhəti ilə əlaqədar olaraq son 1 ildə kütlənin qarşısına çıxmırdı.

Red Bull brendi ilə dünyada ciddi uğurlara imza atan avstriyalı iş adamı həm də Formula 1 başda olmaqla müxtəlif idman sahələrinə sərmayələri, media və tikinti sektorundakı uğurları ilə tanınırdı.

Mateşisin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, ölkə mətbuatında çıxan xəbərlərdə iş adamının mədəaltı vəzi xərçəngindən öldüyü iddia edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR