İnsanlara hürriyət, millətlərə istiqlal!

Reallaşan qorxu filmi: 2036-cı ilə qədər... - İLK GÖRÜNTÜLƏR

Qalaktikamızın mərkəzindəki nəhəng qara dəlik hazırda bir cismi parçalara ayırır. Elm adamları bu ekstremal kosmik hadisənin nadir görüntülərini əldə edib

"X7" adlandırılan qalın qaz və toz buludu sürətlə superkütləli Oxatan A* adlı qara dəliyinə yaxınlaşır.

Qara dəliklər olduqca sıx kütlələrinə görə ağlasığmaz cazibə qüvvəsinə malikdirlər.

Musavat.com xəbər verir ki, "The Astrophysical Journal"da dərc olunan son müşahidələr göstərir ki, X7 trilyonlarla kilometr uzanaraq qara dəliyə doğru gedir, hazırda 3000 astronomik vahid uzunluğundadır. Bir astronomik vahid 149 milyon kilometrə bərabərdir ki, bu da Günəşlə Yer arasındakı məsafəyə uyğundur.

apjacb344f1_lr.jpg (103 KB)

Astronomlar iyirmi ilə yaxındır ki, sonu yaxınlaşan X7-ni izləyirlər. Belə görünür ki, X7-nin çox vaxtı qalmayıb, çünki qara dəliyin cazibə qüvvəsi həqiqətən qəddardır.

Los-Ancelesdəki Kaliforniya Universitetinin astrofiziki və tədqiqatın aparıcı müəllifi Anna Ciurlo bildirib ki, yaxın gələcəkdə X7 məhv olacaq: "2036-cı ilə qədər X7 Oxatan A* qara dəliyinin ətrafına çatacaq və tezliklə məhv olacaq. Onun qoyub getdiyi qalıqlar qara dəliyin ətrafında fırlanacaq, isinəcək və kosmosa enerji yayacaq. Onun əhəmiyyətli bir hissəsi qaçılmaz olaraq qara dəliyə düşəcək və qurtula bilməyəcək".

Astronomlar öz müşahidələrini dünyanın ən böyük iki teleskopunun yerləşdiyi Havay adalarının W. M. Keck Rəsədxanasından aparıblar. Aşağıdakı fotoda X7-nin 2002 və 2021-ci illər arasında getdikcə uzandığını görə bilərsiniz:

images-1.jpg (59 KB)

W. M. Keck Rəsədxanasının sosial media paylaşımında X7-nin superkütləli qara dəliyə yaxınlaşarkən parçalandığını və sonra yoxa çıxdığını göstərən görüntülər də var.

X7 kimi obyekti qalaktikamızın mərkəzindən keçərkən müşahidə etmək olduqca çətindir, çünki o, ulduz buludları, qaz və tozla doludur ki, bu da onun hərəkətini gizlədir. Bununla belə, Ciurlo və komandası X7-ni izləyə biliblər.

Ciurlo və komandası X7-nin qara dəlik tərəfindən məhv edilməsini izləməyə davam edəcək. Tədqiqatçılar bu hadisəni "dərin kosmosda reallaşan “qorxu filmi” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR