Onlayn ictimai-siyasi qəzet
"Real" (Madrid) 38 yaşlı yarımmüdafiəçisi Luka Modriçlə müqaviləni artırıb.
BAKU.WS xəbər verir ki, bu haqda informasiyanı "Kral klubu"nun rəsmi saytı yayıb. Xorvat futbolçu ilə müqavilə 2025-ci ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Luka Modriç ötən mövsüm "Real"ın forması ilə 46 matçda meydana çıxaraq 2 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalmışdı. Transfermarkt portalı futbolçunun bazar dəyərini 6 milyon avro olaraq qiymətləndirir.
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ