Onlayn ictimai-siyasi qəzet
İspaniyanın “Real Madrid” klubuna transfer olunduğu gündən bəri 2 dəfə zədələnən Türkiyə millisinin 17 yaşlı futbolçusu Arda Gülərin “Sevilya” ilə qarşılaşmada debüt edəcəyi gözlənilir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdə Arda Gülərin ən kiçik zədə ehtimalında meydana çıxmayacağı da vurğulanıb.
Lakin gənc ulduza Çempionlar Liqasında "Braqa" ilə matçda vaxt verilməsinin gözlənilir:
“Bu həftənin son məşqlərində (cümə axşamı-cümə) özünü yaxşı hiss edərsə, səfərə çıxacaq. İstənilən halda, o, yalnız risk sıfır olduqda oynayacaq. Tələsməyə ehtiyac yoxdur”.
Bu da o deməkdir ki, Arda Gülər üçün düz 103 gün sonra tunelin ucunda işıq görünür.
Məlumata görə, Arda Gülər Ançelotti ilə danışdıqdan sonra şad xəbəri ailəsinə belə verib: "Deyəsən zamanı gəldi. Bernabeuda ilk matçımı keçirəcəyəm, bu mənim ən böyük arzumdur".
İspaniya mətbuatı həmin anlarda Ardanın göz yaşlarını saxlaya bilmədiyini də iddia edib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ