Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Real" futbol klubunun baş məşqçisi Karlo Ançelotti aprelin 2-də vergi ödəməmə işi ilə bağlı Madrid məhkəməsində hakim qarşısına çıxacaq.
Oxu.Az bu barədə "Relevo" portalına istinadla xəbər verir.
Bildirilir ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız "Real"dakı maaşından vergi ödəyib, lakin əlavə gəlir mənbələrindən vergi ödəməyib. Ümumi borc məbləği 1.062 milyon avro (1.94 milyon manat) təşkil edib.
Prokurorluq Ançelotti üçün dörd il doqquz ay müddətinə həbs cəzası tələb edir.
65 yaşlı Ançelotti 2021-ci ildən "Real"a rəhbərlik edir, bundan əvvəl isə 2013-2015-ci illərdə komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Real" iki dəfə İspaniya çempionatını və İspaniya Kubokunı qazanıb, komanda üç dəfə Çempionlar Liqasının qalibi olub.
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ