İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramin İsayev HƏBS edildi - 16 milyonluq mənimsəmə

“SOCAR-AQŞ”​ MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. O, 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR