İnsanlara hürriyət, millətlərə istiqlal!

Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” - VİDEO

“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur. İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamla keçməlidir deməkdir”.

Bunu “İdman Bizdə”yə müsahibəsində paraüzgüçü Raman Saleyin həyat yoldaşı Anna Saley deyib.

O bildirib ki, əgər intizam yoxdursa, uğur da olmayacaq: “Ona görə, demək olar ki, rejimlə yaşayırıq. Hər bir saatımız planlaşdırılıb. Balaca uşaqlarda necədirsə, bizdə də elədir”.

8 ildir birgə olduqlarını deyən Annanın sözlərinə görə, həyat yoldaşının ilk medalı onun üçün inanılmaz, qürurverici və çox sevindirici olub: “Məncə, tək məni yox, onu da sevinc göz yaşları boğurdu. O, istədiyinə nail oldu, amma bununla kifayətlənmədi. Həmin medal bizim üçün inanılmaz olsa da, Raman çalışmağa davam etdi”.

Anna Saley azyaşlı qızlarından da danışıb: “Qızımızla ana-bala münasibətləri çox sıxdır. Uşaq ananın emosiyalarını başa düşür. Bütün çıxışlarına birlikdə baxmışıq, birlikdə həyəcanlanmışıq. Əminəm ki, uşaqlar da böyüklər kimi hər şeyi hiss edir, amma bunu büruzə verə bilmirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR