Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Gümrüdəki baş konsulu İqor Titov müxalifətdən Gümrü şəhərinin yeni seçilmiş meri Vardan Qukasyanın andiçmə mərasimində iştirak edib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Titov təbrik məktubunu oxuyub, orada deyilir:
“Gümrü şəhərinin rəhbəri kimi rəsmi andiçməniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçicilərin və Ağsaqqallar Şurasının üzvlərinin Sizə göstərdiyi etimad, şübhəsiz ki, bütün şəhər sakinlərinin mənafeyi naminə çalışmaq üçün stimul olacaq. Əminəm ki, peşəkar təcrübəniz, idarəçilik istedadınız və təşkilatçılıq bacarığınız bu məsul vəzifədə mühüm nəticələr əldə etməyə imkan verəcək.
Ümid edirəm enerjiniz, dərin biliyiniz və müstəqil yanaşmanız xalqlarımız arasında dostluğun möhkəmlənməsi və Gümrü ilə Rusiyanın regionları arasında əlaqələrin, əməkdaşlığın daha da inkişafı əsas problemlərin həlli yollarını başa düşmək üçün açar olacaq”.
Qeyd edək ki, Gümrü merinin Rusiyaya bağlı kadr olduğu barədə məlumatlar yeni deyil. Qukasyan özü də Rusiyaya simpatiyasını gizlətmir.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ