İnsanlara hürriyət, millətlərə istiqlal!

Quyudakı ölümün səbəbi məlum oldu

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin baş vermə səbəbi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Həsən Ağayev Dəstə kəndində yerləşən evinin həyətindəki quyuda quraşdırılmış su mühərrikini təmir etmək istəyib. O, quyuya endikdən sonra orada yaranmış oksigen çatışmazlığı səbəbindən boğulmağa başlayıb. H.Ağayev quyunun dibində hava çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, H.Ağayevin meyitini FHN əməkdaşları çıxararaq təhvil veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR