İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusar sakinindən psixotrop maddə, beşbarmaq və bıçaq aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Məlumat üçün bildirək ki, M.Əzizov "BMW" markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək, digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb.

Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR