Onlayn ictimai-siyasi qəzet
Yaponiyad, İvate bölgəsində yerləşən quşçuluq fermasında quş qripi epidemiyasının təsdiqlənməsindən sonra əlavə 50 min toyuğun məhv edilməsinə başlanıb.
Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə nazirlik mövsümün əvvəlindən bəri təxminən 1,7 milyon quşun məhv edildiyini açıqlayıb.
AFP-nin xəbərinə görə, testlər bu ölümlərin səbəbinin virus olduğunu aşkar edib və dərhal nəzarət tədbirləri həyata keçirilib. Son epidemiya bazar günü, fermadan quş ölümlərinin sürətlə artması barədə məlumat verildikdən sonra təsdiqlənib.
İvate bölgəsinin hökumət nümayəndəsi Hiroşi Yosida yoluxmuş bölgənin 3 km radiusunda yerləşən iki yaxın fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulduğunu açıqlayıb.
Bundan əlavə, 10 km-lik müşahidə zonası yaradılaraq ətrafdakı təxminən 3,8 milyon quşun daşınması qadağan edilib.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ