İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranın yandırılması təkrarlanarsa, İraq İsveçlə əlaqələri kəsəcək

Quranın yandırılması təkrarlanarsa, İraq İsveçlə münasibətlərini kəsəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ərəb respublikası öz Twitter səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, İraq hökuməti diplomatik kanallar vasitəsilə İsveç hökumətinə Quranın yandırılması ilə bağlı insidentin təkrarlanacağı təqdirdə diplomatik əlaqələri kəsmək niyyəti barədə məlumat verib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Stokholmda Quranın yandırılması hadisəsi ilə əlaqədar İsveç səfirini çağırıb.

Diplomatik missiya İsveç səfirini Quranın yandırılması aktını qəti şəkildə rədd etdiyi barədə məlumatlandıraraq, Stokholmu "tolerantlıq və mötədilliik dəyərlərinin yayılmasına, ekstremizmin rədd edilməsinə yönəlmiş beynəlxalq səylərə birbaşa zidd" olan bütün hərəkətləri dayandırmağa çağırıb.

İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə vermişdi.

İsveçin baş naziri Ulf Kristersson qərarın "qanuni, lakin yersiz" olduğunu deyib.

İsveçdə belə hadisələr əvvələr də olub, Quran kitabının yandırılmasına dəfələrlə icazə verilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR