İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən əvvəllər məhkumluğu olmuş şəxslərlə bağlı çağırış

Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuşda) danışarkən vacib bir mövzuya toxdundu.

Deputat dedi ki, Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür. Onun sözlərinə görə, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. “Media haqqında” qanuna da biz bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”.

Q.Həsənquliev dedi ki, əvvəllər məhkum olunmuş şəxslərə qarşı məhdudiyyət qoyulması doğru deyil. Q.Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış edən Prezident Administrasiyasına da müraciət edərək, müvafiq şəxsləri bu məsələnin üzərində düşünməyə çağırdı.

Spiker Sahibə Qafarova komitə iclasında bu təklifin müzakirə olunmasını zəruri saydı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR