İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Ölkədə ciddi iqtisadi islahatların həyata keçirilməsinə ehtiyac var”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında Azərbaycanın xarici siyasəti ilə bağlı yüksək fikirlər söylədi, xüsusilə də Ukraynada baş verənlərin fonunda dövlət başçımızın çox uğurlu siyasət yürütdüyünü vurğuladı.

Daha sonra deputat bildirdi ki, bu gün aparılan iqtisadi islahatlar bizi qane etməməlidir. Q.Həsənquliyev bildirdi ki, hökumətlərin fəaliyyətlərinə yeni hesabat dövründə nə qədər iş yeri açması ilə qiymət verilir. “Bir il ərzində 20 min iş yerinin açılması hesab etmirəm ki, bizi qane edə bilər”, deputat bildirdi. Qeyd etdi ki, bu gün 1 milyon 704 min iş yerindən 904 mini dövlət sektorunda çalışır. Dövlət müəssiəslərində çalışanların əmək haqqı 624 manat, özəl sektorda çalışanlar isə 830 manatdır: “Əmək haqqında belə ciddi fərq varsa, niyə müəssisələr özəlləşdirilmir?”

Q.Həsənquliyev dedii ki, biz islahatlar aparmaqla problemlərin həllində ciddi irəliləyişlər əldə edə bilərik. “Ərzaq məhsullarının inflyasiyası 8,1 faiz artıb. Ölkə pensiyalarının pensiyası 302 manatdan 330 manat olub. Bu da yetərli deyil. Artıq Azərbaycan və Ukraynadan pul göndərilməsində də problemlər olacaq, sosial gərginliklər yarana bilər”, deyən deputat qeyd etdi ki, biz valyuta ehtiyatlarımızın artması ilə öyünməli deyilik, ehtiyatlarımızdan əhali üçün xərcləməliyik.

Qeyri-neft sektoruna 1 milyarddan bir az artıq investisiya qoyulduğunu deyən Q.Həsənqulieyv bildirdi ki, bu, çox kiçik rəqəmdir. “Ölkədə ciddi iqtisadi islahatların həyata keçirilməsinə ehtiyac var”, deputat əlavə etdi.

E.Paşasoy
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR