İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubernator Azərbaycanın Rusiyadakı səfirindən üzr istədi

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bül-Bül oğlu ilə Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinlə qalmaqalını müzakirə edib.

O, avqustun 7-də təsisçiləri Azərbaycanda separatçı hesab edilən Talış-Muğan Muxtar Respublikasının (TMR) yaranmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edib. “Kommersant” yazır ki, bundan sonra Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Vilayətin İnformasiya Siyasəti İdarəsi bildirib ki, Yevgeni Kuyvaşev Azərbaycan nümayəndəsindən üzr istəyib və münaqişənin həllinə ümid etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR