Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-ni “faydasız” hesab edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərlə söhbətində bildirib.
“Ermənistan bu məsələdə tərəddüd etmir, xarici siyasətini və təhlükəsizliyini şaxələndirir. Bunu açıq şəkildə edir. Diversifikasiya təkcə Qərbi deyil, Çini və bir sıra digər istiqamətləri də əhatə edir. Ermənistanın da bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-21-ci illərdə işləmədiyindən və ümumilikdə səmərəsiz olduğundan rəsmi İrəvan özü üçün başqa təhlükəsizlik təminatları axtarır. Bu istiqamətdə işlər davam etdirilir. Burada heç bir problem görmürəm”, - deyə o qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ