İnsanlara hürriyət, millətlərə istiqlal!

Qref və Nabiullina Putini inandırmağa çalışıb ki... - ŞOK

“Sberbank”ın rəhbəri German Qref və Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Ukraynaya genişmiqyaslı işğaldan təxminən bir ay əvvəl hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini Vladimir Putinə çatdırmağa çalışıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetində maraqlı məqalə dərc olunub.

Məqalə “Putinin texnokratları qarşı çıxdıqları müharibəyə xidmət etmək üçün iqtisadiyyatı necə xilas etdilər” adlanır. Yazıda qeyd olunur ki, Qref və Nabiullina Putinlə Novo-Oqaryovodakı iqamətgahında görüşüblər və ona 39 səhifəlik hesabatı göstəriblər. Həmin sənəddə Qərb ölkələrinin Ukraynaya müdaxiləyə cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi, bütün bunların Rusiya iqtisadiyyatını “onilliklər əvvəl” geri atmağa qadir olduğu göstərilib. Xüsusilə, Qref 2 il ərzində ÜDM-in 30% azalacağı, inflyasiyanın kəskin yüksələcəyi və rusların həyat səviyyəsinin aşağı düşməsi ehtimalı barədə xəbərdarlıq edib.

“Financial Times” mənbələrinin bildirdiyinə görə, Putin Qrefin sözünü kəsərək daha pis nəticələrin qarşısını almaq üçün nə etmək lazım olduğunu soruşub. Bununla birlikdə, “Sberbank” və Mərkəzi Bankın rəhbərləri prezidentə Ukraynada eskalasiyaya getməməli olduqlarını açıq şəkildə deyə bilməyiblər. “Onlar yalnız görüşməyə cəsarət ediblər. Lakin mesajlarını Putinə çatdıra bilmədilər”, - deyə mənbə qeyd edib.

“Financial Times”ın məlumatına görə, Putin görüş iştirakçılarına planlarını birbaşa deməyib və onlar müharibənin başlandığını televiziyadan öyrəniblər. Qəzetin iddiasına görə, texnokratlar prezidentin onların sözlərinə məhəl qoymamasından xeyli pərt olublar. “Mən Qrefi heç vaxt belə görməmişdim. O, tamamilə özünü itirmişdi, şok vəziyyətində idi”, - deyə qəzetin həmsöhbətlərindən biri deyib. Bununla belə, nə Qref, nə də Nabiullina öz postlarını tərk edib. Əksinə, “Financial Times”a görə, onlar Rusiya iqtisadiyyatının sərt sanksiyalara tab gətirə bilməsi üçün çox səy göstəriblər.

Yazıda adı çəkilən şəxslərin nümayəndələri hələlik materialla bağlı şərh verməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR