İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qranovita” zalının tarixi önəmi, 100 ilin dəyişikliyi və... - HƏMİN FOTONUN SİRRİ

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Moskvaya səfəri zamanı simvollar da ön plana çıxıb. Si və ev sahibi Vladimir Putin Kreml Sarayında Rusiyanın qurucusu Knyaz Vladimirin təsviri önündə strateji əməkdaşlıq şərəfinə qədəh qaldırıb.

Musavat.com xəbər verir ki, kritik səfər zamanı Çin Prezidenti Vladimir Putindən iqtisadi əlaqələrdə mühüm güzəştlər alıb. Si Rusiyanı tərk edərkən deyib: “Çin və Rusiya əsrin dəyişikliyini birlikdə edəcəklər. Çin tarixin doğru və haqlı tərəfində öz yerini tutacaq”.

Putin Çindən gələn yüksək rütbəli qonaqla - prezident Si Cinpinlə birlikdə Kreml Sarayında yerləşən “Qranovita” zalında nahar edib və qədəh qaldırıb.

Amerikanın kəşfindən bir il əvvəl, 1491-ci ildə rus çarı Böyük İvan tərəfindən tikilmiş 495 m2 "Qranovita" taxt zalı o dövrdə Avropanın ən böyük zalı hesab olunurdu.

"QRANOVİTA" ZALININ TARİXİ ÖNƏMİ

untitled-design-2-34.jpg (300 KB)

Əldə etdikləri razılaşmalardan sonra Putin və Si keçmiş taxt otağında Rusiya dövlətinin qurucusu Knyaz Vladimir rəsminin qarşısında poza veriblər. 1882-ci ildə rus çarı III Aleksandrın sifarişi ilə çəkilmiş bu tabloda çar Vladimir və onun feodalları yer alıb. Rəsmin adı Vladimir Putinin adını da xatırladır.

1653-cü ildə elə həmin zalda Ukrayna torpaqlarının Rusiya imperiyasına birləşdirilmişdi. Həmçinin 988-ci ildə məhz bu taxt otağında Knyaz Vladimir Bizansdan gələn elçilərdən sonra xristianlığı qəbul etmişdi.

Bu zalda Sidən başqa, keçmiş Çin lideri Den Siopinq, keçmiş Yuqoslaviya lideri İosip Tito, ABŞ-ın keçmiş prezidenti Riçard Nikson və keçmiş Britaniya kraliçası II Yelizaveta qonaq olublar.

ÇİNİN RUSİYA MÖVQEYİ

f0sktdno_xi-jinping-putin-afp_62.jpg (224 KB)

Çin liderinin Ukrayna torpaqlarının Rusiya imperiyasına birləşdirildiyi zalda qonaq olması və Moskva ilə əməkdaşlıq şərəfinə qədəh qaldırması xüsusilə diqqət çəkir və rəsmi Pekinin mövqeyini ortaya qoyur.

Kreml Çinin Ukrayna münaqişəsində Rusiyanın tərəfində olduğunu ortaya qoyan bəyanatla çıxış edib. Kremlin sözçüsü Dmitri Peskov deyib: “Putin və Si Çinin sülh planının detallarını müzakirə ediblər, Ukraynanın deyil".

Ukrayna lideri Volodimir Zelenski də bildirib ki, gözləntilərin əksinə olaraq Pekin onlarla heç vaxt əlaqə saxlamayıb.

Çin lideri Si və rusiyalı həmkarı Putinin ötən gün keçirdiyi görüşlərdən sonra iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyanat yayılıb. Dünən səhər saatlarında Rusiyanı tərk edən Si "Əsrin dəyişikliyini birlikdə edəcəyik" deyərək, Ukrayna münaqişəsində Moskvanın tərəfində mövqe sərgiləyib. Bununla belə, əvvəllər Çinin Rusiyanı sülhə razı sala biləcəyi gözləntiləri var idi.

İKİ LİDERİN VERDİYİ MESAJLAR

5297fa6e-54c9-4590-8c74-c258f936.jpg (105 KB)

Birgə bəyanatda liderlər ABŞ və Qərb ölkələrinin böhrana münasibətini üstüörtülü şəkildə tənqid ediblər: “Tərəflər digər ölkələrin qanuni təhlükəsizlik maraqlarına zərər vurmaqla hərbi, siyasi və digər üstünlüklər əldə edən hər hansı ölkə və ya bir qrup ölkəyə qarşı çıxırlar".

- Ukrayna probleminin həllinin ən yaxşı yolunun dialoq olduğu vurğulanaraq, gərginliyi artıracaq addımlardan qaçmaq lazım olduğu bildirilib.

- Ukrayna böhranının həlli üçün bütün ölkələrin qanuni təhlükəsizliklə bağlı narahatlıqlarına hörmətlə yanaşmağın və bloklar arasında qarşıdurmadan qaçmağın vacibliyi vurğulanıb.

- Tərəflər qeyd ediblər ki, müharibədə nüvə silahından istifadə edilməməlidir.

- Tərəflər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiqləmədiyi hər hansı birtərəfli sanksiyalara qarşı olduqlarını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR