İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə təhlükəli virusa yoluxma hallarıartır

Son 5 ay ərzində Gürcüstanda heyvanlar arasında quduzluq virusuna 45 yoluxma halı qeydə alınıb. 

Lent.az-ın “Netgazeti” qəzetinə istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-may aylarında quduzluğa yoluxma halı ümumən keçən illə müqayisədə yüksəkdir. 

Keçən il heyvanlar arasında quduzluğa yoluxma ilə bağlı 31 hal, 2021-ci ildə 40 hal qeydə alınıb. 

Bu il Gürcüstanda quduzluğun yayılması yazın əvvəllərindən başlanıb. Bu, ənənəvi olmayan haldır, çünki adətən, quduzluğun yayılması əsasən yayda qeydə alınıb. 

Bu sahədə əsas problem kimi evsiz it və pişiklərin sayının artmasıdır. Böyük şəhərlərdə müəyyən dərəcədə itlərin vaksinasiyası proqrammı yerinə yetirilir, kəndlərdə isə bu sahəyə demək olar ki, nəzarət yoxdur. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR