İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma rejimin saxta mitinq sevdası: Zorla, hədə ilə, rüşvətlə adam yığırlar - YENİLƏNİB, VİDEO

Bu gün Qarabağda yaşayan ermənilər Xankəndidə mitinq keçiriblər.

Musavat.com xəbər verir ki, inzibati yolla toplanmış kütlənin sayı 5 min civarında olub.

Mitinqdə ermənilər Laçın dəhlizinin qapalı olmasından şikayətlənib, onun tezliklə açılmasını tələb ediblər.

***

Erməni separatçıların bu gün Xankəndidə keçirmək istədiyi mitinqlə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com-un məlumatına görə, maksimum kütləvilik yaratmaq üçün bütün "inzibati təşkilatlar"a tapşırıq verilib.

"İnzibati strukturlarda" çalışanlara mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilib. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilib. Müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, gəlməsələr, işdən qovulacaqlar.

Əhali ilə danışıqların bir çoxunda sadə vətəndaşlar ailəlikcə mitinqdə iştiraka təhrik olunur. Qondarma rejim "rəhbərliy"i Qarabağdakı qanunsuz hərbi birləşmələrin üzvlərinə, hətta məzuniyyətdə olanlara komanda verərək bildirib ki, mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.

Hətta "hüquq-mühafizə orqanlarının" əməkdaşlarına da mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilir. Mitinqə gələn hər bir kəsə 30-40 dollar təklif olunur.

Hadisə yerindən çəkiliş etmək üçün pulsuz internet paketləri verilir. Aksiyanın çəkilişi şirkətə tapşırılıb və maksimum kütləvilik nümayiş etdirilməsi tələbi qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR