İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma qurumun “parlament” sədri Araik Arutunyanı istefaya çağırdı


Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə hakimiyyətini elan edən qondarma və oyuncaq “Artsax Respublikası” “parlamentinin” “sədri” Artur Tovmasyan Araik Arutunyanı istefaya çağırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bununla bağlı qondarma “parlamentin” növbəti iclası zamanı bəyanatla çıxış edib.

Onun sözlərinə görə, yaranmış situasiyada aşağıdakı şəxslərin iştirakı ilə bir model təklif edibmiş. Həmin modeldə  Dövlət Müdafiə Komitəsinin qurulması nəzərdə tutulubmuş. Tovmasyan oyuncaq qurumun tərkibinə iki nəfərin- Ruben Vardanyan və Samvel Babayanın daxil edilməsini istəyib.

“Onların fikrini bilmirəm, imtina edəcəkləri tamamilə mümkündür. Niyə? Soruşmayın. İstefa verin, ya da sizə “etimadsızlıq referendumunu” keçirin. Əgər insanlar sizin seçildiyinizə inanmasa, gedəcəksiniz. Lakin bu o demək deyil ki, siz istefa verəcəyiniz halda səlahiyyətlərini Artur Tovmasyan icra edəcək. Əgər insanlar sənə inanmasa, mən də gedəcəm”,-deyə qondarma “spiker” bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR