Onlayn ictimai-siyasi qəzet
Bədəndə yaşa bağlı dəyişikliklər təbii bir prosesdir. Məşhur psixoloq Daria Yauşeva qocalmaq qorxusunu necə aradan qaldırmağın yollarından danışıb.
Yaşla bağlı dəyişikliklərin, narahatlıqların öhdəsindən gəlmək üçün psixoloq qocalma faktını qəbul etməyi məsləhət görüb. O vurğulayıb ki, bu, özünüzə qulluq etməkdən imtina etməyiniz lazım olduğunu ifadə etmir, lakin qocalmanın qaçılmaz olduğunu qəbul etmək vacibdir.
Psixoloqun fikrincə, bu işdə sizə kömək edəcək psixoloji texnika var: bütün qorxularınızı kağız üzərində bir sütuna yazmaq və sonra onları yenidən oxumaq lazımdır. Sonra ikinci sütunda böyümənin üstünlüklərini və nailiyyətlərinizi yazmalısınız və həmçinin hər şeyi yenidən oxumalsınız. Mütəxəssis xəbərdarlıq edib ki, bu proses ağrılı ola bilər, lakin sizdə qorxu hissini yenməyə kömək edəcək.
Vizuallaşdırma üsulları da yaşa bağlı dəyişiklikləri qəbul etməyə kömək edə bilər. Bunun üçün psixoloq insanın gündə neçə dəfə özünü və nəyə görə tənqid etdiyini düşünməyi məsləhət görüb. (Publika.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ