İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ sədri: "Erməni kilsəsinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm"

"Erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm".

Musavat.com  "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşdə deyib.

Onun sözlərinə görə, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib:

"Bu gün işğaldan azad edilmiş torpaqlarda dağıdılmış bütün dini abidələr - kilsələr, məscidlər bərpa olunur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR