Onlayn ictimai-siyasi qəzet
"TikTok qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Tarixin bir günü" verilişində deyib. O, TikTok sosial şəbəkə platformasını tənqid edib:
"TikTok-a müğənnilər normal mahnılarını qoysa nə olar? Feybuk bu gün ən ciddi platformaya çevrilib. Nə üçün TikTok deyirik? TikToku biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ