İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızının cehiz pulunu oğurlayıbsevgilisi ilə qaçdı

Hindistanda qadın ərini və iki uşağını qoyub sevgilisi ilə birlikdə qaçıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Biharın Müzəfərpur şəhərindən olan bir kişi 16 illik evil olduğu arvadının onu və uşaqlarını tərk etməsindən sonra polisə müraciət edib. Kişinin sözlərinə görə, o, 16 yaşlı qızı üçün cehiz kimi ayrılan bütün pulları oğurlayaraq sevgilisi ilə birlikdə qaçıb. Qısa araşdırmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hindistanlı qadını tapıb dindiriblər.

Qadın ərinin yanına qayıtmaqdan imtina edib. Onun sözlərinə görə, son dörd ildə əri onunla çox kobud davranıb. Həmçinin bildirib ki, bir neçə il əvvəl maddi problemi azaltmaq üçün Mumbaya işləməyə getdi. Bütün bunlar qadını yeni sevgili axtarmağa məcbur edib. Nəticədə qadın internet vasitəsilə bir kişi ilə tanış olub və əvvəlcə yalnız yazışıblar.

Ancaq münasibətlər sürətlə inkişaf edib, bir anda ər bu münasibətdən xəbər tutub və arvadından sevgilisi ilə ünsiyyətini dayandırmasını tələb edib. Qadın bunu etməyə çalışsa da, hissləri ilə mübarizə apara bilməyib. O, ərini və uşaqlarını qoyub sevgilisi ilə qaçmaq qərarına gəlib. Onun sözlərinə görə, o, sevgilisi ilə artıq ailə qurub və ömürlərinin qalan hissəsini birlikdə keçirməyi planlaşdırır. Lakin o, cehiz pullarının oğurluğu ilə bağlı ittihamları rədd edərək, onları yalan adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR