Onlayn ictimai-siyasi qəzet
"Qızılca ilə bağlı hazırda ajiotaj yaşanır, rəsmilər əhaliyə peyvənd çağırışı edir. Düşünürəm ki, bu çağırışı indi, xəstəliyin alovlandığı vaxt yox, həmişə, ilboyu etməli idilər".
Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev bildirib.
Pediatr qeyd edib ki, bu məsələdə ilk növbədə valideynlər məsuliyyətli olmalıdır:
"Azərbaycanda peyvənd qanunla məcburi deyil. Yəni hər şey valideynin məsuliyyətindən asılıdır. Ona görə indiki vəziyyətə çatmışıq".
Vaqif Qarayev həmçinin xatırladıb ki, peyvənd altına düşən istənilən xəstəliyin epidemiyası alovlana bilər:
"Ötən əsrin 90-cı illərində idarəolunmaz miqrasiya nəticəsində difteriya kimi təhlükəli xəstəlik tüğyan edirdi. Yaxın illərdə göyöskürək başladı, daha sonra qızılca. Nəhayət, peyvənd sağlam uşaqlara vurulmalıdır. Özəl xəstəxanalarda həkim müayinəsi olmadan peyvənd vurdurmayın".
Xalidə Gəray,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ