İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı xalıda yeriyən bloqer özünü "qan"a buladı - VİDEO

Bu il Fransada keçirilən 76-cı Kann Film Festivalında hər kəsi təəccübləndirən hadisə yaşanıb. 

BAKU.WS xəbər verir ki, Ukrayna bayrağının rənglərində libas geyinən bloqer İlona Çernobay qırmızı xalıda yeriyərkən üzərinə qırmızı boya töküb. 

O bununla öz ölkəsinə dəstək olmağa çalışıb. Bunu mötəbər festivalın qonaqları və jurnalistlərin gözü önündə edən bloqer daha sonra mühafizəçilər tərəfindən festivaldan çıxarılıb. 

Bloqerin bu görüntüləri dünya mediasında sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Yaşanan hadisə bir sıra məşhur xəbər portallarında oxuculara "Ukraynalı bloqer provokasiya etdiyi üçün qırmızı xalıdan uzaqlaşdırıldı" kimi başlıqlarla təqdim edilib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR