Onlayn ictimai-siyasi qəzet
Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi külli miqdarda qızıl külçələrin müvafiq sənədlər olmadan Qazaxıstana qanunsuz ixracının qarşısını alıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 17-də Ken-Bulun keçid məntəqəsində baş verib, “Qazaxıstan Respublikasına gedən “Lexus 470” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı içərisində Qırğızıstandan kənara çıxarmaq üçün müvafiq sənədləri olmayan, ümumi çəkisi 3,3 kq qızıl külçələr müəyyən edilib”, - deyə MTN-in açıqlamasında bildirilir.
İdarədən verilən məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri çərçivəsində respublika büdcəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi, o cümlədən qızıl tərkibli metalların qaçaqmalçılığı ilə məşğul olan digər şəxslərin müəyyən edilməsi istiqamətində işlər görülür.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ