İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın adının dəyişdirilməsi təklif olunur

Bişkekdə ölkənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr qızışır.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, təşəbbüsü respublika parlamentinin deputatı Arslanbek Malıyev irəli sürüb.

Bu təklif dövlət bayrağı və yeni himn üzərində aparılan son dəyişikliklərdən sonra irəli sürülür. Hakimiyyət hesab edir ki, dövlət rəmzlərinin dəyişdirilməsi təbii hadisədir və özünüdərkin artmasına, cəmiyyətin və ölkənin inkişafına təkan verir. Bu kontekstdə deputatlar “Dövlət dili haqqında” qanun layihəsinə də ikinci oxunuşda baxırlar.

Dövlət bayrağının dəyişdirilməsi təşəbbüsü prezident Sadır Japarova məxsus olduğu üçün uğurla nəticələmib, ancaq dövlətin adının dəyişdirilməsi təşəbbüsünün arxasında dövlət başçısı dayanmadığı üçün bu ideyanın reallaşması sual altındadır.

Xatırladaq ki, o zaman deputatlar yeni bayrağın qəbuluna demək olar ki, yekdilliklə səs veriblər. Yalnız Arslanbek Maliev səsvermədə bitərəf qalıb. O, köklü dəyişikliklərin tərəfdarı olub - bayrağın qırmızı rəngini mavi ilə əvəz edərək, bunu qırğız xalqı üçün tarixi əhəmiyyətli hesab etdiyini deyib və əfsanəvi Manas (qırğız eposunun qəhrəmanı) ilə əlaqələndirib.

Ölkənin adının dəyişdirilməsi məsələsi bundan əvvəl də qaldırılıb. Xüsusilə 2022-ci ildə rezonans doğuran qalmaqaldan sonra, “Miss Universe” gözəllik yarışmasında aparıcı Bişkekdən olan bir iştirakçını təqdim edərək Qırğızıstanı Qazaxıstanla qarışdırıb. Bu hadisədən sonra Qırğızıstan hökumətinin keçmiş baş naziri Feliks Kulov “Qırğızıstan” adının “Qırğız Respublikası” olaraq dəyişdirilməsini təklif edib. Hazırda ölkənin rəsmi adı Qırğız Respublıkasıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR