İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda mədrəsələrdə azyaşlı qızları erkən nikaha sövq edirlər

Qırğızıstanda mədrəsə müəllimləri azyaşlı qızları kiminsə ikinci və üçüncü arvadı olmasını təşkil edir, ərə verirlər.

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin komitə iclasında deputat Aysulu Mamaşova məlumat verib.

Bildirilir ki, deputat bu fikri “Dini etiqad azadlığı və dini birliklər haqqında” qanun layihəsinin ilkin müzakirəsi zamanı səsləndirib. A.Mamaşovanın sözlərinə görə, qanun layihəsinə “erkən nikahlara köməklik”lə bağlı müddəa daxil edilməlidir, çünki mədrəsələrdə müəllimlər tez-tez şagirdlərini erkən nikahlara meylləndirirlər.

“Müəllimlər öz səlahiyyətlərindən istifadə edərək şagirdlərinə deyirlər ki, qız ərə getməlidir, kiməsə ikinci və üçüncü arvad olmalıdır. Biz qanuni olaraq bir neçə arvad almağa imkan yaratmışıq. Bunlar bizim reallıqlarımızdır. Uşaq mədrəsədə oxuyursa, oxumalıdır, amma onların ailə qurmasına “kömək etmək” erkən nikahlara yardım etməkdir”, - deyə Aysulu Mamaşova bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının rəhbəri Əzəmət Yusupov qeyd edib ki, həqiqətən də erkən nikahlarla bağlı Daxili İşlər Nazirliyindən qeydə alınmış faktlar var və müftilik də, qanunlar da bunun əleyhinədir.

Müfti müavini Jorobay Şerqaziyev bildirib ki, imamların jurnalında dini kəbinlə bağlanan nikahların qeydiyyatını aparır və nikah yaşına riayət edirlər.

"İmamlar pasporta baxır, sonra nikah bağlayırlar", - J.Şerqaziyev deyib.

A.Mamaşova cavab verib ki, müftilikdə hər zaman hazır düzgün cavablar var, amma reallıqda vəziyyət başqadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR