İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda keçmiş SSRİ vətəndaşlarının əmanətləri bərpa olunacaq

Qırğızıstanda vətəndaşların, o cümlədən keçmiş SSRİ dövründə yaşayan insanları zəmanətli əmanət məbləğlərinin ödənilməsi şərtləri təsdiqlənib.

Musavat.com Kaktus.media-ya istinadən xəbər verir ki, Qırğızıstan və keçmiş SSRİ vətəndaşlarının 1992-ci il yanvarın 1-dən əmanətçinin öz hesabından pul çıxarmasından və ya şəxsi hesabını bağlamasından asılı olmayaraq əmanətləri bərpa ediləcək. Bu, müvafiq əmsallardan istifadə etməklə fond qalıqlarının indeksləşdirilməsi yolu ilə həyata keçiriləcək.

SSRİ vətəndaşlarının nağd pul əmanətləri Sovet İttifaqının mövcud olduğu dövrdə əmanət kassasında qalan pullardır.

Əvvəllər Qırğızıstan Maliyyə Nazirliyi bildirmişdi ki, qırğızıstanlılar bu vəsaiti tələb etmirlər, lakin zəmanətli əmanətlər üzrə ödənişlər üçün hər il büdcəyə 500 min som vəsait ayrılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR