İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda ekstremist təşkilatın daha bir neçə üzvü saxlanılıb

Qırğızıstanda "Hizb ut-Təhrir" dini ekstremist təşkilatının üç fəal üzvü saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilir ki, iştirakçılar Telegram messencerində ekstremist ideyalar və materiallar dərc ediblər. Onlara qarşı ekstremist materialların qrup şəklində hazırlanması və yayılması maddəsi ilə cinayət işi açılıb.

Bundan əlavə, daha iki iştirakçı təşkilat üzvlüyündən imtina edib; onların adları açıqlanmayıb.

Axtarışlar zamanı şübhəlilərdən noutbuk və dini ədəbiyyat götürülüb. İstintaq davam edir. Qrupun digər üzvləri də məsuliyyətə cəlb olunacaqlar.

“Hizb ut-Təhrir” Orta Asiya respublokalarında qadağan olunmuş təşkilatlar siyahısına daxil edilmiş xarici terror təşkilatıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR